Yuxarı

"Toyota" avtomobil satışının həcmində dünya liderliyini geri qaytardı

Toyota Motor Corp. 2015-ci ilin ilk doqquz ayında 7,49 milyon avtomobil satıb

Bakı. oktyabr 26. REPORT.AZ/ "Toyota" şirkəti avtomobil satışının həcmi üzrə dünya lideri statusunu geri qaytarıb.

"Report" RBK-ya istinadən xəbər verir ki, ilin ilk yarısında "Volkswagen" Yaponiya şirkətini qabaqlasa da, sonradan proqram təminatı ilə bağlı qalmaqal yaşadığından eniş yaşayıb.

"Bloomberg"in yaydığı xəbər görə, "Toyota Motor Corp." 2015-ci ilin ilk doqquz ayında "Volkswagen" ətrafında yaranmış qalmaqal fonunda dünya üzrə satış liderliyini bərpa edib. Yapon şirkəti 7,49 milyon avtomobil satıldığını xəbər verib. Almaniya konsernində isə bu göstərici 7,43 milyona bərabərdir.

Qeyd edək ki, 2015-ci ilin birinci yarısında "Volkswagen" satış həcminə görə lider olsa da, sentyabrda proqram təminatında xətalar aşkarlandıqdan sonra zirvəni əldən verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi