“Təmiz Şəhər”də daxili audit xidmətinin yaradılması müzakirə olunub

“Təmiz Şəhər”də daxili audit xidmətinin yaradılması müzakirə olunub Iqtisadiyyat Nazirliyinə məxsus “Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib.
Sənaye
28 Yanvar , 2022 16:55
“Təmiz Şəhər”də daxili audit xidmətinin yaradılması müzakirə olunub

Iqtisadiyyat Nazirliyinə məxsus “Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib.

Bu barədə "Report"a Azərbaycan İnvestisiya Holdinqindən (AİH) bildirilib.

Məlumatda deyilir ki, iclas MŞ-nın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə baş tutub. İclasda həmçinin MŞ-nın üzvləri, “Təmiz Şəhər”in İdarə Heyətinin sədri və digər üzvləri, həmçinin AİH-in nümayəndələri iştirak ediblər.

İclasda Cəmiyyətin 2020-ci il üzrə audit edilmiş maliyyə hesabatı və daxili audit xidmətinin yaradılması məsələsi müzakirə olunub, Audit Komitəsinin 2022-ci il üzrə iş planı təsdiq edilib. Eyni zamanda, iclas iştirakçıları Cəmiyyətin iqtisadi cəhətdən dayanıqlılığının və səmərəliliyinin təmin edilməsi məqsədilə onun fəaliyyətinin əhatə dairəsi və istiqamətlərini, gələcək investisiya layihələrini nəzərdən keçirərək müvafiq qərarlar qəbul ediblər.

MŞ ölkə prezidentinin 22 sentyabr 2021-ci il tarixli sərəncamına əsasən yenidən formalaşdırılıb.

Son xəbərlər

Orphus sistemi