İqtisadiyyat Nazirliyinə məxsus “Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib.
Bu barədə "Report"a Azərbaycan İnvestisiya Holdinqindən (AİH) bildirilib.
Məlumata görə, MŞ-nın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə keçirilən iclasda Şura üzvləri, “Təmiz Şəhər”in İdarə Heyətinin sədri və digər üzvləri, həmçinin AİH-in nümayəndələri iştirak ediblər.
İclasda səhmdar cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri müzakirə olunub, onun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində fikirlər səsləndirilib. Şura üzvləri eyni zamanda "Təmiz Şəhər"in fəaliyyəti ilə bağlı digər məsələləri də nəzərdən keçilərək müvafiq qərarlar qəbul edib.
MŞ ölkə prezidentinin 22 sentyabr 2021-ci il tarixli sərəncamına əsasən yenidən formalaşdırılıb.