“Təmiz Daşkəsən” layihəsi çərçivəsində növbəti ekoloji aksiya təşkil edilib

“Təmiz Daşkəsən” layihəsi çərçivəsində növbəti ekoloji aksiya təşkil edilib “AzerGold” QSC-nin təşkilatçılığı, “Daşkəsən Dəmir Filiz” MMC və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə “Təmiz Daşkəsən” layihəsi çərçivəsində növbəti ekoloji aksiya təşkil edilib.
Sənaye
11 Sentyabr , 2024 16:08
“Təmiz Daşkəsən” layihəsi çərçivəsində növbəti ekoloji aksiya təşkil edilib

“AzerGold” QSC-nin təşkilatçılığı, “Daşkəsən Dəmir Filiz” MMC və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə “Təmiz Daşkəsən” layihəsi çərçivəsində növbəti ekoloji aksiya təşkil edilib.

"Report" “AzerGold”a istinadən xəbər verir ki, “Yaşıl dünya naminə həmrəy olaq!” şüarı ilə keçirilən aksiyada “Daşkəsən Dəmir Filiz”in əməkdaşları və RİİB-in könüllüləri iştirak ediblər. Aksiya iştirakçıları Xoşbulaq kəndinin ərazisində yerləşən təqribən 2 hektara yaxın meşə ərazisini plastik, polietilen, metal, şüşə, kağız, karton və digər tərkibli tullantılardan təmizləyib. Yığılmış tullantılar çeşidlənərək, təkrar emala yönəldilib. Aksiya çərçivəsində Daşkəsən rayonu ərazisində yeni tullantı konteynerləri və zibil qutuları yerləşdirilib.

“Təmiz Daşkəsən” ekoloji layihəsində əsas məqsəd təmizliyə riayət olunmasını təbliğ etmək, ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir. Bu məqsədlə “Təmiz Daşkəsən” ekoloji layihəsi çərçivəsində rayonun müxtəlif ərazilərində bu tip aksiyaların təşkili davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi