Yuxarı
    Bağlamaq

    “Tehcnol" satış nöqtələrinin sayını 100-ə çatdırıb

    Müştərilər Technol mühərrik yağlarını Oilmarket.az saytı vasitəsi ilə də onlayn sifariş edə bilərlər

    Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycanın ilk müasir mühərrik yağları istehsalçısı olan “Technol” MMC fəaliyyət göstərdiyi bir ay ərzində satış nöqtələrinin sayını 100-ə çatdırıb.

    Bu barədə “Report”a Şirkətdən bildirilib.

    Məlumata görə, satış nöqtələrinin 70-i Bakı və Sumqayıt şəhərlərində, 30-u isə ölkənin cənub regionunda yerləşir. Bura müxtəlif növ ehtiyyat hissələri mağazaları, avtoservislər və yağdəyişmə məntəqələri daxildir.

    Müştərilər “Technol” mühərrik yağlarını www.oilmarket.az saytı vasitəsi ilə də onlayn qaydada sifariş edə bilərlər.

    Qeyd edək ki, “Technol” Azərbaycanın ilk mühərrik və sənaye yağları markasıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi