Yuxarı
    Bağlamaq

    "Technol" ustalar üçün tədbir keçirib

    Tədbirə 200-ə yaxın mühərrik və yağdəyişmə ustası qatılıb

    Bakı. 22 may. REPORT.AZ/ “Technol“ mühərrik yağları istehsalçısı ustalar üçün peşəkarların görüşü adlı tədbir keçirib.

    “Technol”dan “Report”a verilən məlumata görə, tədbirə 200-ə yaxın mühərrik və yağdəyişmə ustası qatılıb.

    Tədbirdə “Technol” mühərrik yağlarının texnoloqu Ayşegül Çelikkesen çıxış edərək istehsal olunan mühərrik yağının fərqli və üstün tərəflərindən danışıb. A.Çelikkesen bildirib ki, 10 000 km zəmanət verilən “Technol” mühərrik yağları yerli şəraiti və avtomobilsürmə şərtləri nəzərə alınaraq istehsal olunur və bu, yerli markanı digər markalardan fərqləndirən əsas cəhətdir. O qeyd edib ki, 60-a yaxın çeşiddə mühərrik, avtomat ötürücü qutu yağları, sükan sistemləri yağları istehsal edən müəssisədə yüksək standartlara cavab verən laboratoriya var ki, bu da Azərbaycanın bu sahədə ilk yükəsk texnologiyalı laboratoriyasıdır.

    Tədbirdə çıxış edən tanınmış ekspert, “Performance Center”in servis direktoru Elçin Abbasov məhz “Technol” mühərrik yağları istehsalçısının sifarişi ilə hazırlanan, elektriklə çalışan mühərrikdən danışıb. E.Abbasov bildirib ki, normal avtomobil mühərriki əsasında hazırlanan bu mühərrik elektriklə çalışır və mühərrikdə xüsusi detalların açıq nümayiş olunması, gələcəkdə zavod tərəfindən ustalar üçün təşkil olunacaq təlimlərdə istifadə üçün nəzərdə tutulub.

    9192 avtomobil verilişinin aparıcısı Raqif Raufoğlu isə çıxışında qeyd edib ki, “Technol” kimi öz işinə peşəkar yanaşan mühərrik yağları istehsalçıları çox olarsa, ölkədə mühərrik yağının düzgün istifadə olunması, ustaların daha da peşəkarlaşması işi sürətlənəcək. O bildirib ki, ölkədə yerli istehsalın olması bu prosesin daha da sürətlənməsi ilə bərabər, ustaların işini rahatlaşdırır və yarana biləcək hər hansı suala dərhal aydınlıq gətirməyə imkanı olur.

    Azərbaycan Texniki Universitetinin professoru Məsud Rüstəmbəyov isə çıxışında qeyd edib ki, artıq bir neçə dəfədir “Technol” mühərrik yağlarının təşkil etdiyi tədbirlərdə iştirak edir və ölkədə yüksək keyfiyyətlə mühərrik yağları istehsal olunması onun üçün fəxr hissidir. M.Rüstəmbəyov bildirib ki, “Technol”un yüksək keyfiyyətli mühərrik yağları istehsal etməklə yanaşı, ustaların daha da peşəkarlaşması üçün elektriklə çalışan açıq mühərrik hazırlaması, bu cür tədbirlər keçirməsi Azərbaycanda istifadəçilərin və ustaların mühərrik yağına baxışında yeniliklərə səbəb olacaq.

    Tədbirdə iştirakçılar üçün lotereya keçirilib, qalib gələn 6 iştirakçıya müxtəlif hədiyyələr təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi