“Technol”un rəsmi mağazası açılıb

“Technol”un rəsmi mağazası açılıb Mağazada satılan yağlar zavod tərəfindən təsdiqlənmiş qiymətə təklif olunur
Sənaye
3 Aprel , 2017 12:00
“Technol”un rəsmi mağazası açılıb
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanın ilk müasir mühərrik və sənaye yağları istehsalçısı olan “Technol” şirkətinin Bakıda ilk rəsmi mağazası fəaliyyətə başlayıb.

Şirkətdən “Report”a verilən məlumata görə, mağaza paytaxtın Nizami rayonunda, 8-km qəsəbəsindəki maşın bazarının ərazisində yerləşir.

Qeyd edək ki, “Technol”un məhsulları ölkə üzrə 150-yə yaxın ehtiyat hissələri mağazalarında və yağdəyişmə məntəqələrində satılır. Bu isə şirkətin özünün ilk rəsmi mağazasıdır.

Mağazada satılan yağlar zavod tərəfindən təsdiqlənmiş qiymətə təklif olunur. 

Son xəbərlər

Orphus sistemi