"Technol" Azərbaycanın cənub regionunda satışa başlayıb

"Technol" Azərbaycanın cənub regionunda satışa başlayıb Yaxın 1 ay ərzində "Technol" mühərrik yağlarının bütün ölkə ərazisində satışı təşkil olunacaq
Sənaye
17 Fevral , 2017 16:03
Technol Azərbaycanın cənub regionunda satışa başlayıb

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanın və Qafqazın ilk müasir mühərrik və sənaye yağları istehsalçısı olan "Technol" satış nöqtələrini artırıb. 

Şirkətdən "Report"a verilən məlumata görə, artıq Azərbaycanın cənub bölgəsi olan Cəlilabad, Masallı, Lənkəran, Yardımlı, Astara və Lerik rayonlarında da "Technol"un məhsulları satılır. 

Yaxın 1 ay ərzində "Technol" mühərrik yağlarının bütün ölkə ərazisində satışı təşkil olunacaq. 

"Hazırda Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda və eyni zamanda cənub regionunda yerləşən rayonlarda məhsullarımızın satışı var. Ən qısa zamanda isə bütün rayonlarda satış nümayəndəliklərimiz fəaliyyətə başlayacaq”, - deyə şirkətin açıqlamasında bildirilir. 

Son xəbərlər

Orphus sistemi