Suriya sənayesi terrorçulara görə 2 milyard dollar itirib

Suriya sənayesi terrorçulara görə 2 milyard dollar itirib Bakı. 1 fevral. REPORT.AZ/ Terrorçuların fəallliyətinə görə Suriyanın sənaye sektoruna dəymiş zərər 2018-ci il dekabrın 31-nə olan vəziyyətə görə, 2,36 milyard dollar təşkil edib.
Sənaye
1 Fevral , 2019 12:09
Suriya sənayesi terrorçulara görə 2 milyard dollar itirib

Bakı. 1 fevral. REPORT.AZ/ "Terrorçuların fəallliyətinə görə Suriyanın sənaye sektoruna dəymiş zərər 2018-ci il dekabrın 31-nə olan vəziyyətə görə, 2,36 milyard dollar təşkil edib".

"Report" xəbər verir ki, bu barədə Suriyanın sənaye naziri Məhəmməd Maan Cazbe RİA "Novosti"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, sənaye sektoru Suriya iqtisadiyyatının əsasını təşkil etdiyindən silahlı terror qruplaşmaları Suriyadakı həm özəl, həm də dövlət sənaye obyektlərini məhv ediblər: "Silahlılar qəsdən infrastrukturu, istehsal xəttlərini məhv ediblər, obyektləri qəsb ediblər və xeyli sayda texnikanı Türkiyəyə aparıblar".

Son xəbərlər

Orphus sistemi