“Suraxanı Maşınqayırma Zavodu”nun xalis mənfəəti 20%-ə yaxın azalıb

Sənaye
  • 19 aprel, 2022
  • 05:24
“Suraxanı Maşınqayırma Zavodu”nun xalis mənfəəti 20%-ə yaxın azalıb

“Suraxanı Maşınqayırma Zavodu” ASC 2021-ci ili 284 min manat xalis mənfəətlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 19,4% azdır.

Ötən il “Suraxanı Maşınqayırma Zavodu”nun məhsul satışından gəlirləri 5,789 milyon manat (əvvəlki ilə nisbətən 40,2% çox), məhsullarının maya dəyəri 4,398 milyon manat (61,8% çox), digər əməliyyat gəlirləri 3 min manat (4,2 dəfə çox), sair xərcləri 965 min manat (9,4% çox), maliyyə xərcləri 74 min manat (15,5% az), mənfəət vergisi ödəmələri isə 71 min manat (19,3% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Suraxanı Maşınqayırma Zavodu”nun aktivləri 9,901 milyon manat olub ki, bu da illik müqayisədə 61,6% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 4,5 dəfə artaraq 4,905 milyon manata çatıb, balans kapitalı isə 0,6% azalaraq 4,996 milyon manata düşüb.

Xatırladaq ki, “Suraxanı Maşınqayırma Zavodu” 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,745 milyon manatdır.