"Sumqayıt Texnologiyalar Parkı" daha bir şirkət yaradıb

"Sumqayıt Texnologiyalar Parkı" daha bir şirkət yaradıb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “STP-AH" MMC-ni dövlət qeydiyyatına alıb.
Sənaye
541
27 Noyabr , 2020 11:37
Sumqayıt Texnologiyalar Parkı daha bir şirkət yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “STP-AH" MMC-ni dövlət qeydiyyatına alıb.

"Report" xəbər verir ki, şirkət “Sumqayıt Texnologiyalar Parkı” MMC (STP) ilə eyni hüquqi ünvanda – Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən texnoparkda qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 100 min manat, qanuni təmsilçisi isə Rauf Surxay oğlu Atakişiyevdir (STP-nin direktoru).

Bununla da, STP-nin törəmə şirkətlərinin sayı 4-ə çatıb. Xatırladaq ki, bundan əvvəl sözügedən ünvanda “STP Aliminium”, “STP Global Cable” və "STP Metal Structures" MMC-lər qeydiyyata alınmışdı. Onlartın hər 3-nün nizamnamə kapitalı 100 min manat, qanuni təmsilçiləri isə müvafiq olaraq R.S.Atakişiyev, İdris Ağa oğlu Mustafayev və Fərid Fəxrəddin oğlu Ağayevdir.

Son xəbərlər

Orphus sistemi