Yuxarı
    Bağlamaq

    Sumqayıt Kimya Sənaye Parkının ərazisində dəmir yolu xətti çəkiləcək

    Şirkət bu məqsədlə açıq tender elan edib

    Bakı. 10 avqust. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında “Sumqayıt Kimya Sənaye Parkı” MMC 167,66 hektarlıq ərazisində teplovoz hərəkətli dalan dəmir yolunun (daxili və xarici) tikintisi işlərinin satın alınması üçün açıq tender elan edib.

    “Report” xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.

    İddiaçılar ilkin sənədləri avqustun 29-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 11-nə qədər şirkətin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ünvanındakı “Demirchi Tower” iş mərkəzində yerləşən ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Abbas Mamedovdur. Telefon: (012) 488-80-65.

    Təkliflərə sentyabrın 12-də, satt 17:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi