Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal sahəsi yaradılır

Sənaye
  • 05 iyul, 2022
  • 11:43
Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal sahəsi yaradılır

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında “Kartaş Kimya” MMC-yə rezidentlik statusu verilib.

Bu barədə “Report”a Agentlikdən bildirilib.

Bununla da sənaye parkının rezidentlərinin sayı 31-ə çatıb.

“Kartaş Kimya” Parkın 3 hektar ərazisində müxtəlif tikinti kimyəvilərinin istehsalını həyata keçirəcək müəssisə inşa edəcək. İnvestisiya dəyəri 17 milyon manat olan müəssisədə 230-dan çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, Türkiyə və MDB ölkələrinə ixrac ediləcək.