​Sumqayıt Kimya Sənaye Parkında "vahid pəncərə" ilə qeydiyyat prosedurası sınaqdan keçirilib

​Sumqayıt Kimya Sənaye Parkında "vahid pəncərə" ilə qeydiyyat prosedurası sınaqdan keçirilib Sistemə daxil olmaq üçün Sumqayıt Kimya Sənaye Parkının veb-saytında xüsusi bölmə yaradılacaq və sistemə giriş təmin olunacaq
Sənaye
9 Yanvar , 2015 13:43
​Sumqayıt Kimya Sənaye Parkında vahid pəncərə ilə qeydiyyat prosedurası sınaqdan keçirilib

Bakı. 9 yanvar. REPORT.AZ/ Sumqayıt Kimya Sənaye Parkında (SCIP) rezident statusu əldə etmək istəyən investorlar üçün qeydiyyat prosedurası sadələşdirilib. Bu barədə "Report"a İqtisadiyyat və Sənaye Naziriliyindən məluumat verilib.

Məlumata görə, investorların rahat qeydiyyatdan keçməsi, qeydiyyat ərizələrinin doldurulması, statistik hesabatların təqdim edilməsi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə inteqrasiyanın təmin edilməsi üçün "vahid pəncərə" şəklində elektron portalın yaradılması üzərində işlər davam etdirilir. SCIP-in rezidenti olmaq istəyən fiziki və hüquqi şəxslər elektron imza əldə etməklə burada qeydiyyatdan keçə biləcək. Bu portal eyni zamanda rezidentlər üçün elektron ofis (e-ofis) kimi xidmət göstərəcək.

Artıq portal üzərində ilkin sınaqlar həyata keçirilib. Qeyd edək ki, sistemə daxil olmaq üçün "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin www.scip.az saytında xüsusi bölmə yaradılacaq və sistemə giriş təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi