Sumqayıt Kimya Sənaye Parkında texniki infrastruktur yaradılır

Sumqayıt Kimya Sənaye Parkında texniki infrastruktur yaradılır Sənaye Parkının ərazisində 110/35/6,3 KV-luq iki yarımstansiya fəaliyyət göstərəcək
Sənaye
15 Sentyabr , 2016 14:57
Sumqayıt Kimya Sənaye Parkında texniki infrastruktur yaradılır

Bakı. 15 sentyabr. REPORT.AZ/ Sumqayıt Kimya Sənaye Parkında (SKSP) istehsal müəssisələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı istiqamətində iş aparılır.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, istehsal müəssisələrini fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə SKSP-nin ərazisində 110/35/6,3 KV-luq iki yarımstansiya fəaliyyət göstərəcək. Hazırda ilk yarımstansiyada avadanlığın quraşdırılması işləri aparılır. Yarımstansiyanın bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Digər yarımstansiyanın tikintisinə isə yaxın vaxtlarda başlanacaq. Yarımstansiyalarda 8 transfarmator quraşdırılacaq. Bundan başqa, hər iki yarımstansiya arasında əlaqə yaradılacaq ki, bu da dayanıqlı enrji təchizatını təmin edəcək.

Müasir sənaye parkları konsepsiyasına uyğun olaraq, SKSP-nin kommunikasiya xətləri, o cümlədən daxili elektrik verilişi xətləri yeraltı texniki qalereya vasitəsilə çəkilir.

Qeyd edək ki, hazırda SKSP-nin 9 rezidenti var. Burada rezidentlər üçün bir sıra güzəştlər tətbiq edilir. 

Son xəbərlər

Orphus sistemi