"Sumqayıt Kimya Sənaye Parkı"nın direktoru dəyişib

"Sumqayıt Kimya Sənaye Parkı"nın direktoru dəyişib Nazim Talıbovu Elşad Nuriyev əvəz edib
Sənaye
281
16 Aprel , 2021 15:46
Sumqayıt Kimya Sənaye Parkının direktoru dəyişib
Elşad Nuriyev

İqtisadiyyat Nazirliyinə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru Nazim Talıbov vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, şirkətə rəhbərlik Elşad Nuriyevə həvalə olunub.

O, 2002-2004-cü illərdə ABŞ-da İndiana ştatının Bluminqton şəhərində yerləşən İndiana Universitetində publik maliyyə administratorluğu üzrə magistr dərəcəsinə yiyələnib, BP şirkətində, ADA Universitetində, “Synergy Group” MMC-də, "PAŞA Holdinq" MMC-nin törəmə strukturu “PMD Group” MMC-yə yaxın olan “Agrarco” MMC-də çalışıb.

Xatırladaq ki, "Sumqayıt Kimya Sənaye Parkı" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır. Şirkət ölkədəki sənaye parklarının idarəedicisidir.

Son xəbərlər

Orphus sistemi