"Sumqayıt Kimya Sənaye Parkı"nda yeni rezident

"Sumqayıt Kimya Sənaye Parkı"nda yeni rezident İqtisadiyyat Nazirliyinə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli, idxalı əvəz edən və ixracyönümlü yeni məhsul istehsalının təşkili və sənaye parkına investorların cəlb olunması işləri davam etd
Sənaye
28 İyul , 2020 12:54
Sumqayıt Kimya Sənaye Parkında yeni rezident

İqtisadiyyat Nazirliyinə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli, idxalı əvəz edən və ixracyönümlü yeni məhsul istehsalının təşkili və sənaye parkına investorların cəlb olunması işləri davam etdirilir.

"Report" xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, bu işlərin davamı olaraq, Parkda yeni rezident - “Glassica” QSC qeydiyyata alınıb və bununla da rezidentlərin sayı 22-yə çatıb.

“Glassica” Almaniyanın şüşə-əritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan "HORN Glass Industries AG" şirkətinin texnologiyalarının tətbiqi ilə  müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) istehsal edən zavod inşa edəcək. Layihənin investisiya dəyəri 20 milyon manatdan çoxdur.

Müəssisədə 70-ə qədər daimi iş yeri yaradılacaq.

İstehsal olunacaq məhsullar daxili bazarın təlabatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcək.

Son xəbərlər

Orphus sistemi