Yuxarı

"Sumqayıt Kimya Sənaye Parkı" ilə "SOCAR Polymer" arasında müqavilə imzalanıb

Sənəddə “SOCAR Polymer”ə dəstək tədbirləri nəzərdə tutulur

Bakı. 30 sentyabr. REPORT.AZ/ Sumqayıt Kimya Sənaye Parkının idarəedici təşkilatı olan “Sumqayıt Kimya Sənaye Parkı” MMC ilə sənaye parkının rezidenti olan “SOCAR Polymer” MMC arasında müqavilə imzalanıb.

"Report" Sənaye Parkına istinadən xəbər verir ki, sənəd “SOCAR Polymer”in fəaliyyət xüsusiyyətləri nəzərə alınaraq “Sumqayıt Kimya Sənaye Parkı” tərəfindən dəstək tədbirlərini nəzərdə tutur.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının sayca ikinci rezidenti olan “SOCAR Polymer” MMC 2013-cü ildə yaradılıb və həmin ildən də şirkətə sənaye parkının rezidenti statusu verilib.

Sumqayıt Kimya Sənaye Parkının 30 hektar torpaq sahəsində “SOCAR Polymer” MMC-nin İtaliyanın “Technimont” şirkəti tərəfindən layihələndirilən, ildə 200 min ton polipropilen (PP) və 120 min ton yüksək sıxlıqlı polietilen (HDPE) istehsal edəcək zavodları fəaliyyət göstərəcək. Layihəyə əsasən, 2017-ci ilin sonunda polipropilen zavodunun, 2018-ci ilin sonunda isə polietilen zavodunun istismara verilməsi nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi