STP Cənubi Koreya şirkətləri ilə birgə əməkdaşlıq müqaviləsi imzalayıb

STP Cənubi Koreya şirkətləri ilə birgə əməkdaşlıq müqaviləsi imzalayıb Bakı. 2 mart. REPORT.AZ/ “Sumqayıt Texnologiyalar Parkı” MMC (STP) Cənubi Koreyanın “Seoul Machinery”, “Samgong”, “Samjin” şirkətləri ilə birgə əməkdaşlıq müqaviləsi imzalayıb. 
Sənaye
2 Mart , 2018 10:32
STP Cənubi Koreya şirkətləri ilə birgə əməkdaşlıq müqaviləsi imzalayıb

Bakı. 2 mart. REPORT.AZ/ “Sumqayıt Texnologiyalar Parkı” MMC (STP) Cənubi Koreyanın “Seoul Machinery”, “Samgong”, “Samjin” şirkətləri ilə birgə əməkdaşlıq müqaviləsi imzalayıb. 

Bu barədə “Report”a STP-nin mətbuat xidmətindən məlumat verilib.

Razılaşmaya əsasən, yaxın zamanda bu şirkətlərin istehsal etdikləri məhsulların bir çox çeşidi STP-də hazırlanacaq. “Seoul Machinery” şirkəti ilə neft-qaz sənayesində istifadə olunan təzyiq çənləri və istilik dəyişdiricilərinin istehsalında əməkdaşlıq ediləcək. “Samgong” ilə havalandırma və katodik mühafizə sistemlərinin qurulması işləri birgə görüləcək. “Samjin” şirkəti ilə neft-qaz emalı zavodlarında istifadə olunan texniki avadanlığın, yüksək təzyiqli siyirtmələrin istehsalı birgə həyata keçiriləcək.

İmzalanan müqavilə nəticəsində neft-qaz sənayesində istifadə olunan bir çox avadanlıq artıq xaricdən idxal olunmayacaq. Gələcəkdə bu sahənin bir çox ehtiyaclarını STP təchiz edəcək. 

Qeyd edək ki, 2009-cu il dekabr ayının 22-də prezident İlham Əliyevin iştirakı ilə istismara verilən STP müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. STP daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standardlarına uyğun akkreditə olunub, istehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001 və OHSAS 18001 beynəlxalq standardları da tədbiq olunur.

Son xəbərlər

Orphus sistemi