"SOCAR Polymer" layihəsi Azərbaycana 11 mlrd. dollar qazandıracaq

"SOCAR Polymer" layihəsi Azərbaycana 11 mlrd. dollar qazandıracaq Bu məbləğin 30%-ni xalis mənfəət təşkil edəcək
Sənaye
23 May , 2016 17:42
SOCAR Polymer layihəsi Azərbaycana 11 mlrd. dollar qazandıracaq

Bakı. 23 may. REPORT.AZ/ "SOCAR Polymer" şirkətinin polipropilen və yüksək sıxlıqlı polietilen zavodları fəaliyyətləri dövründə 10-11 mlrd. ABŞ dolları həcmində gəlir gətirəcək. "Report" xəbər verir ki, bu barədə şirkətin saytında yerləşdirilən videoçarxda qeyd olunub.

Məlumata görə, bu məbləğin 30%-ni şirkətin xalis mənfəəti təşkil edəcək.

Tikinti müddətində 1 200, zavodlar fəaliyyətə başlayandan sonra isə 300 nəfər işlə təmin oluncaq. "SOCAR Polymer" layihəsinin ümumi investisiya dəyəri 750 mln. dollar təşkil edir.

"SOCAR Polymer" şirkəti SOCAR ilə "Pasha Holding", "Azersun Holding" və "Gilan Holding" tərəfindən birgə yaradılmış müəssisədir. Şirkət Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ilin iyulunda yaradılıb. "SOCAR Polymer" layihəsi son 40 il ərzində öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk analoji layihədir. 

Şirkətin polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (HDPE) qurğuları Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikilir. Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb. Park geniş vergi güzəştləri, tam infrastruktur dəstəyi və bütün icazələrin verilməsi məsələləri üzrə bir pəncərə yanaşması vasitəsilə Azərbaycanda innovasiyalı sənaye təşəbbüslərinə dəstək göstərir. "SOCAR Polymer"in iki qurğusu hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. Bu qurğular 2018-ci ildə istismara veriləcək:

Hazırda Azərbaycan aşağı sıxlıqlı polietilen ixrac edir, eyni zamanda yüksək sıxlıqlı polietilen idxal edir. Bu layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır. İstehsal ediləcək məhsulların 30%-i yerli bazara, 70%-i isə Türkiyə və Avropa bazarlarına çıxarılacaq. 

Son xəbərlər

Orphus sistemi