Yuxarı
    Bağlamaq

    ​"SOCAR Polymer" 2018-ci ildə iki qurğusunu istifadəyə verəcək

    İstehsal olunacaq məhsulların 70%-i isə Türkiyə və Avropa bazarlarına çıxarılacaq

    Bakı. 25 aprel. REPORT.AZ/ "SOCAR Polymer" şirkəti 2018-ci ilin I rübündə polipropilen, III rübündə isə yüksək sıxlıqlı polietilen qurğularını istismara verməyi planlaşdırır. 

    "Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən SOCAR: "Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya" beynəlxalq praktiki konfransda "SOCAR Polymer"in baş direktoru Fərid Cəfərov bildirib. 

    F.Cəfərov qeyd edib ki, iki qurğu ildə 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen olmaqla, 300 min ton məhsul istehsal edəcək. Baş direktor xatırladıb ki, istehsal olunacaq məhsulların 30%-i yerli bazara, 70%-i isə Türkiyə və Avropa bazarlarına çıxarılacaq. 

    Şirkətin başçısı layihənin 40%-nin səhmdarlar, 60%-nin isə Rusiyanın "Qazprombank" ASC tərəfindən maliyyələşdirildiyini qeyd edib. O, layihə üzrə artıq bütün müvafiq tenderlərin başa çatdığını əlavə edib. 

    Qeyd edək ki, "SOCAR Polymer" şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ilin iyulunda yaradılıb. Şirkətin polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (HDPE) qurğuları Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi