“SOCAR Methanol” istehsal göstəricilərini açıqlayıb

“SOCAR Methanol” istehsal göstəricilərini açıqlayıb Bu il 250 min ton istehsal nəzərdə tutulur
Sənaye
7 İyul , 2017 11:56
“SOCAR Methanol” istehsal göstəricilərini açıqlayıb

Bakı. 7 iyul. REPORT.AZ/ Bu ilin ilk yarısında Azərbaycan Metanol Zavodunda 100,848 min ton həcmində metanol istehsal edilib.

“Report” bu barədə “SOCAR Methanol” MMC-yə istinadən xəbər verir.

Qeyd edilib ki, cari il üçün 250 min ton istehsalı planlaşdırılan zavodun ilk yarımildəki istehsalı 100 848,34 ton təşkil edib.

“Dünya bazarında metanolun idxalına olan tələbatın sabit artımını nəzərə alaraq, istehsalın ildə 500 min tona çatdırılması öndə duran əsas hədəflərdəndir”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, 2016-cı ilin noyabr ayından etibarən “SOCAR Methanol” şirkəti tərəfindən idarəetməsi təhvil alınan Metanol Zavodu bu ilin yanvarından yeni struktur və idarəetmə prinsipləri əsasında istehsal prosesini bərpa edib.

Son xəbərlər

Orphus sistemi