​SMPDK-da Kodeks Alimentarius Milli Komitəsinin növbəti iclası keçirilib

​SMPDK-da Kodeks Alimentarius Milli Komitəsinin növbəti iclası keçirilib Daha bir neçə “Codex Alimentarius” standartının Azərbaycanda tətbiqi planlaşdırılıb
Sənaye
24 Fevral , 2015 20:29
​SMPDK-da Kodeks Alimentarius Milli Komitəsinin növbəti iclası keçirilib

Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Kodeks Alimentarius Milli Komitəsinin 2015-2017-ci illlər üçün Fəaliyyət Planı və qida məhsulları standartlarının müzakirəsi ilə bağlı iclas keçirilib.

“Report” Komitəyə istinadən xəbər verir ki, iclasda Komitə mütəxəssisləri ilə yanaşı, Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri çıxış edərək, dünyanın inkişaf etmiş ölkələrində qida təhlükəsizliyinin ən vacib amillərdən biri olduğunu bildiriblər. Çıxışçılar qida məhsulları standartları sırasında Kodeks Alimentarius standartlarının vacibliyini xüsusi vurğulayaraq, bu sənədlərin ölkədə tətbiqi imkanları haqqında fikir bildiriblər.

Qeyd edək ki, Nazirlər Kabinetinin 23 iyul 2010-cu il tarixli sərəncamına əsasən, yeyinti məhsullarına dair Kodeks Alimentarius, İSO, HACCP, Avropa İttifaqı standartlarının milli standartlar sisteminə daxil edilməsi sahəsində müvafiq tədbirləri Kodeks Alimentarius Komissiyasının tövsiyələri ilə əlaqələndirmək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə edilib.

Bundan irəli gələrək Dövlət Komitəsi 2010-cu il avqustun 2-də Kodeks Alimentarius Milli Komitəsi yaradıb və komitənin əsasnaməsi təsdiq edilib.

Xatırladaq ki, Milli Komitə Kodeks Alimentarius Komissiyasının tövsiyələrinə uyğun olaraq, yeyinti məhsulları üzrə standartların Azərbaycan Respublikasında tətbiqinə dair dövlət hakimiyyəti orqanları və qeyri-hökümət təşkilatları tərəfindən həyata keçirilən fəaliyyətləri əlaqələndirən məşvərətçi orqandır.

Son xəbərlər

Orphus sistemi