Slovakiya Azərbaycana bentonit gili tədarük etməyə başlayıb
- 04 mart, 2022
- 13:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan ötən il ərzində 9,747 milyon ABŞ dolları dəyərində 168 min 947 ton bentonit gili ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki illə müqayisədə idxal dəyər ifadəsində 5 %, kəmiyyət olaraq – 3,3 % artıb.
Rusiyaya 8 milyon 395 min ABŞ dolları dəyərində 148 min 469 ton, Polşaya 678,8 min ABŞ dolları dəyərində 15 min 090 ton, Belarusa 539,9 min ABŞ dolları dəyərində 3 min 109 ton, İndoneziyaya 107,57 min ABŞ dolları dəyərində 1 min 775 ton, Almaniyaya 25,1 min ABŞ dolları dəyərində 504 ton məhsul göndərilib.
2020-ci illə müqayisədə Rusiyaya tədarük müvafiq olaraq 5,5 % və 5 % artıb, Polşaya – 16,3 % və 16,9 % azalıb, Belarusa – 21,5 % və 21,9 % artıb, İndoneziyaya - 2,3 dəfə və 2,4 dəfə artıb, Almaniyaya – 23,5 % və 21,7 % azalıb.
Azərbaycan 685,35 min ABŞ dolları dəyərində 1 min 793 ton bentonit gili tədarük edib ki, bu da 2020-ci ilin göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 1,6 %, kəmiyyət olaraq – 5,2 % çoxdur.
Türkiyədən 420,58 min ABŞ dolları dəyərində 1 min 331,38 ton, Braziliyadan 110,96 min ABŞ dolları dəyərində 68,8 ton, Çindən 56,18 min ABŞ dolları dəyərində 18,4 ton, Gürcüstandan 42,85 min ABŞ dolları dəyərində 190 ton, İrandan 14,54 min ABŞ dolları dəyərində 126,77 ton məhsul alınıb.
Hesabat dövründə Türkiyədən idxal müvafiq olaraq 40 % və 44,4 % artıb, Braziliyadan – 19,1 % və 15,5 % azalıb, Çindən – 15 % artıb və 5,3 % azalıb, Gürcüstandan – 35 dəfə və 9 dəfə artıb, İrandan – 66,2 % və 66,3 % azalıb.
İlyarımlıq aradan sonra Rusiyadan, 2 illik fasilənin ardından Polşadan tədarük bərpa edilib. Ötən il son 10 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Azərbaycan Slovakiyadan bentonit gili alıb. Bu ölkələrdən müvafiq olaraq 5,6 min ABŞ dolları dəyərində 12,85 ton, 0,01 min ABŞ dolları dəyərində 0,03 ton və 0,33 min ABŞ dolları dəyərində 0,35 ton məhsul gətirilib.