Sinqapur şirkəti Sumqayıt Kimya Sənaye Parkında gübrələr istehsal edə bilər

Sinqapur şirkəti Sumqayıt Kimya Sənaye Parkında gübrələr istehsal edə bilər İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), Dövlət Neft Şirkəti (SOCAR) və Sinqapurun “Indorama Investments Limited” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Sənaye
13 Sentyabr , 2022 11:23
Sinqapur şirkəti Sumqayıt Kimya Sənaye Parkında gübrələr istehsal edə bilər

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Sinqapurun “Indorama Investments Limited” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

"Report" Agentliyə istinadən xəbər verir ki, sənədi qurumun İdarə Heyətinin sədri Elşad Nuriyev, SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov və Sinqapur şirkətinin İdarə Heyətinin üzvü Prakash Kejrival imzalayıblar.

Memoranduma əsasən, Sumqayıt Kimya Sənaye Parkında ammonium nitrat, NPK (azot-N, fosfor-P və kalium-K), DAP (diammonium fosfat) və ammonium sulfat gübrələrinin istehsalı zavodunun yaradılması imkanlarının araşdırılacaq, tərəflər bunun üçün məlumat mübadiləsi aparacaqlar.

“Indorama Investments Limited” azot gübrələri, fosfat gübrələri, polietilen, polipropilen, poliester, tekstil, pambıq lifi və tibbi əlcəklər də daxil olmaqla bir çox məhsul istehsalı üzrə 9 ölkədə (Özbəkistan, Türkiyə, Hindistan, İndoneziya, Brazilya, Malayziya, Afrika və. s) 20-dən çox sənaye müəssisəsinə malikdir. Şirkətin 18 000-dən çox işçisi var.

Son xəbərlər

Orphus sistemi