Yuxarı

SİKA şirkəti Azərbaycanda 5,3 mln. dollarlıq layihə həyata keçirəcək

Bu layihə 2017-ci ilin sonunadək reallaşacaq

Bakı. 17 mart. REPORT.AZ/ SİKA şirkətinin Sumqayıt Kimya Sənaye Parkında həyata keçirəcəyi layihənin ümumi investisiya həcmi 5,3 mln.dollar olacaq.

"Report" xəbər verir ki, Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu layihə 2017-ci ilin sonunadək reallaşacaq: "Bu gün Sumqayıt Kimya Sənaye Parkının investisiya portfeli 1 mlrd. dollardan artıqdır. Sənaye parkının 21 hektarı sosial obyektlər üçün nəzərdə tutulub. Burada inzibati binalar, peşə tədris mərkəzi, istirahət zonaları və s. mühüm sosial obyektlər yerləşəcək. Sənaye parkına maraq çoxdur. Hazırda Avstriya, Cənubi Koreya, Kanada, Macarıstan, Xorvatiya və digər ölkələr sənaye parkına maraq göstərən ölkələr sırasındadır. Bu ölkələrdən müxtəlif sahələr üzrə təkliflər daxil olmaqdadır. Sənaye parkının kriteriyalarına uyğun olaraq xarici ölkələrdən göndərilən təkliflərə baxılacaq və dəyərləndiriləcək. Daha sonra uyğun olan şirkətlərə rezident stasusu veriləcək”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi