Səudiyyə Ərəbistanı krallığın elektriklə işləyən avtomobillərin istehsalında ixtisaslaşan ilk avtomobil markası “Sir”i istifadəyə verib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salman bildirib.
"Səudiyyə Ərəbistanı bu gün təkcə yeni avtomobil markası deyil, həm də tam hüquqlu sənaye yaradır", - yerli nəşr ondan sitat gətirib: "Bu sahə xarici sərmayələri cəlb edəcək, krallığın istedadlı vətəndaşları üçün çoxlu iş yerləri yaradacaq, həmçinin özəl sektorun inkişafına və növbəti bir neçə il ərzində Səudiyyə Ərəbistanının ÜDM-nin artmasına xidmət edəcək”.
Məlumata görə, “Sir” həm yerli istehlakçılar üçün, həm də Yaxın Şərqdə satış üçün avtomobillər istehsal edəcək. Layihənin 2034-cü ilə qədər 150 milyon ABŞ dolları məbləğində xarici investisiya cəlb edəcəyi, 30 minə yaxın iş yeri təmin edəcəyi və 8 milyard dollar gəlir gətirəcəyi gözlənilir.
Qeyd edək ki, “Sir” Səudiyyə Ərəbistanının Suveren Fondu ilə Tayvanın elektron məhsullar istehsalçısı “Foxconn”un birgə layihəsidir, lakin hər bir avtomobil yalnız krallıqda yaradılacaq. Ən yüksək beynəlxalq standartlara uyğun istehsal olunmuş avtomobillər də orada sınaqdan keçiriləcək.
Səudiyyə istehsalı olan ilk elektromobillər 2025-ci ildə satışa çıxarılacaq.