Azərbaycanda fəaliyyət göstərən sənaye parklarında dövlət mülkiyyətində olan torpaq sahələri parkın qeyri-rezidentlərinə də icarəyə veriləcək.
“Report” xəbər verir ki, bu barədə “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında bildirilib.
Dəyişikliyə əsasən, 6.0.3.-cü bənd-sənaye parkının ərazisində dövlət mülkiyyətində olan torpaq sahələrini sənaye parkının rezidentlərinə icarəyə verilir; cümləsinə “rezidenti” sözündən sonra “, habelə qeyri-rezidenti” sözləri əlavə edilir
Xatırladaq ki, hazırda Azərbaycanda 5 sənaye parkı var. Bunlar Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Mingəçevir Sənaye Parkı və Pirallahı Sənaye Parkıdır. Prezidentin fərmanı ilə bu gün Ağdam rayonunda da sənaye parkı yaradılıb.