Yuxarı

Bu ilin 5 ayında paytaxtda 16,6 mlrd manatlıq sənaye məhsulları istehsal edilib

Sənaye müəssisələrinin anbarlarında 247,1 mln man hazır məhsul var

Bu ilin yanvar-may aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 16,6 mlrd manat təşkil edib.

“Report”un Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 81,8%-i mədənçıxarma, 16,1%-i emal, 1,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 84,1% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,7%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,3təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin iyunun 1-nə 247,1 mln manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 43,8 mln manat məbləğində digər məhsullar da mövcud olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi