Yuxarı

​Şamaxıda sahibkarlar üçün treninq keçirilib

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib

Bakı. 21 may. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şamaxıda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib. Bubarədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

“Biznes ideyanı yarat”, “Biznes planların və investisiya layihələrinin hazırlanması”, “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularını əhatə edən treninqdə iştirakçılara biznes ideyanın yaradılması, biznes plan və onun tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə və s. barədə məlumat verilib.

Bundan başqa, treninqdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi