Şahin Mustafayev Ukrayna prezidenti ilə gəmi və təyyarəqayırma layihələrini müzakirə edib

Şahin Mustafayev Ukrayna prezidenti ilə gəmi və təyyarəqayırma layihələrini müzakirə edib Tərəflər ticari-iqtisadi sahədə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər
Sənaye
14 Mart , 2017 23:26
Şahin Mustafayev Ukrayna prezidenti ilə gəmi və təyyarəqayırma layihələrini müzakirə edib

Kiyev. 14 mart. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un Ukrayna bürosu xəbər verir ki, bu barədə Pyotr Poroşenkonun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər ticari-iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər.

"Poroşenko, həmçinin ölkə prezidentlərinin ikitərəfli əlaqələrinin fəallaşdırılması sayəsində mümkün olan Ukrayna və Azərbaycan münasibətlərinin dinamikasını müsbət qiymətləndirib. Ukrayna prezidenti bu konteksdə 2017-ci ildə Kiyevdə iqtisadi əməkdaşlıq məsələləri üzrə Ukrayna-Azərbaycan birgə hökumətlərarası komissiyasının 12-ci iclasının keçirilməsini vacib sayıb", - deyə məlumatda bildirilir.

Mətbuat xidmətinin məlumatına görə, görüşdə gəmi və təyyarəqayırma, əczaçılıq, kənd təsərrüfatı kimi sahələrdə perspektivli əməkdaşlıq layihələrinə xüsusi diqqət ayrılıb.

"Poroşenko Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını bildirib və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün bərpa olunması məsələsində Azərbaycana göstərdiyi dəstəklə bağlı mövqeyinin dəyişmədiyini vurğulayıb", - deyə məlumatda qeyd olunur.

Son xəbərlər

Orphus sistemi