Yuxarı

​Şahin Mustafayev: "Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regional əməkdaşlığa ciddi maneədir"

Ermənistanın işğalçı siyasəti onu regional inkişaf proseslərindən kənarda qoyur

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən iri layihələr sülhə, firavanlığa, regionda yaşayan xalqların rifahına xidmət edir.

"Report"un məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev mayın 12-də Bakıda keçirilən "B20 Azərbaycan Regional Forumu"nda çıxışı zamanıbildirib.

"Regional inkişafa ciddi maneələr də var. Ermənistanın işğalçı siyasəti onu regional inkişaf proseslərindən kənarda qoyur. Ermənistan-AzərbaycanDağlıq Qarabağ münaqişəsinin həll olunmaması regional əməkdaşlığın inkişafına ciddi maneə, regionda sülhə, əmin-amanlığa ən ciddi təhdiddir”, - o deyib.

Şahin Mustafayev vurğulayıb ki, Türkiyənin G20-yə qonaq ölkə qismində Azərbaycanı dəvət etməsi iki ölkə arasındakı yüksək strateji əməkdaşlıq və dostluq münasibətlərini bir daha təsdiqləyir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi