Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq Aparılan işlərin Türkan və Stansiya Qala adlanan ərazilərinin bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür
Sənaye
15 Fevral , 2017 19:19
Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 15 fevral. REPORT.AZ/ Qaz tənzimləyici qurğuların qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, nəzərdə tutulmuş işlər aparılacaq. 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, görulən işlər zamanı fevralın 16-da saat 09:30-dan 17:00-dək Sabunçu rayonunun Balaxanı və Sabunçu qəsəbələrinin, eləcə də Anaşkin adlanan ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Xəzər rayonunun Türkan və Stansiya Qala adlanan ərazilərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.

Son xəbərlər

Orphus sistemi