Yuxarı

Rusiya Xəzər sahilində xüsusi iqtisadi zona yaradır

Bura ildə ən azı 10 mlrd. dollar sərmayə yatırılacaq

Bakı. 18 noyabr. REPORT.AZ/ Rusiyanın Həştərxan vilayəti Nərimanov rayonunun ərazisində sənaye istehsal tipli, o cümlədən Xəzər şelfinin işlənməsi və gəmiqayırmanın təşviqi məqsədi ilə xüsusi iqtisadi zona yaradılacaq. "Report" xəbər verir ki, hökumətin müvafiq qərarını bu gün Rusiyanın baş naziri Dmitri Medvedev imzalayıb.

Nazirlər Kabinetinin rəhbəri Həştşrxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə görüşdə sərmayəçilərin bu layihədə maraqlı olduqlarını qeyd edib. "Ümid edirəm ki, bu sərmayələr həqiqətən də həyata keçiriləcək və nəticədə biz Ümumi Xəzər inkişafı kontekstində istehsalatın inkişafına, o cümlədən şelflə bağlı problemlər, gəmiqayırma imkanları və bir sıra digər məsələlərin həllinə nail olacağıq", - deyə baş nazir vurğulayıb.

Region rəhbərinin sözlərinə görə, yalnız istehsalat bazasına ildə 10 mlrd. dollar həcmində sərmayələrin yalırılması gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi