Rauf Vəliyev: “ASCO müəssisələrindən 289 ton polimer əsaslı tullantı toplanıb”

Rauf Vəliyev: “ASCO müəssisələrindən 289 ton polimer əsaslı tullantı toplanıb” 2022-2023-cü illərdə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 289 ton polimer əsaslı, 56 ton isə plastik əsaslı tullantı toplayıb. "Report" xəbər verir ki, bunu ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev Bakıda keçirilən “Daha az plastik, daha ç
Sənaye
4 Oktyabr , 2024 11:04
Rauf Vəliyev: “ASCO müəssisələrindən 289 ton polimer əsaslı tullantı toplanıb”

2022-2023-cü illərdə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 289 ton polimer əsaslı, 56 ton isə plastik əsaslı tullantı toplayıb.

"Report" xəbər verir ki, bunu ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev Bakıda keçirilən “Daha az plastik, daha çox həyat: təmiz dəniz üçün birlikdə!” devizi ilə “ArtPlast” layihəsinin təqdimatı zamanı deyib.

O bildirib ki, toplanan tullantılar təkrar emal üçün sertifikatı olan təşkilatlara verilib: "ASCO fəaliyyətini hökumətin ekologiya ilə bağlı siyasətinə uyğun olaraq həyata keçirməyə çalışır. 2050-ci ildə Gəmiçilik olaraq sıfır emissiyaya çatmaq hədəfinə sadiqik. Təbii ki, bunun üçün yeni texnoloji xidmətlərin tətbiqi və ciddi maliyyə tələb olunur. Ancaq bütün bunların öhdəsindən gələcəyimizə əminik və bunun üçün əzmlə çalışacağıq".

Son xəbərlər

Orphus sistemi