Yuxarı
    Bağlamaq

    Qusar rayonunda traktor yığılacaq

    Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycanın ixrac imkanlarının, ölkədəki investisiya mühitinin təbliği məqsədi ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-dən Macarıstan, Almaniya, Ukrayna, Rusiya, Belarus, Bəhreyn, BƏƏ kimi ölkələrə səfərlər həyata keçirilib, Cənubi Koreya, Yaponiya, Belarus, Türkiyə, Macarıstan və s. ölkələrin diplomatik korpusunun nüməyəndələri ilə müzakirələr aparılıb.

    “Report” xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Əbülfət Qocayev məlumat verib.

    Onun sözlərinə görə, artıq italiyan investorlarının vəsaiti hesabına Zirə qəsəbəsində istixana kompleksinin tikilməsində birgə əməkdaşlıq barədə memorandum imzalanıb: “Bunun nəticəsi olaraq 21 hektar ərazidə müasir tipli istixanaların tikilməsi üçün birgə müəssisə yaradılıb, yaxın aylarda müəssisə tərəfindən istixanaların tikintisinə başlanılması nəzərdə tutulur. Birgə müəssisənin nizamnamə kapitalında səhmdar cəmiyyətin payı 51%, qarşı tərəfin payı 49% təşkil edir. Azərbaycan tərəfi, öz növbəsində, torpaq sahəsinin ayırlması, kommunikasiya xətlərinin çəkilməsi, investisiya təşviqi sənədinin alınması kimi işləri öz öhdəsinə götürüb”.

    Bundan başqa, Ə.Qocayev qeyd edib ki, rəhbərlik etdiyi qurumun Çinin YTO korporasiyası və “Aqrofun” MMC ilə imzaladığı müqaviləyə əsasən, Qusar rayonunda ildə 800 ədəd orta ölçülü traktorların yığılması barədə razılıq əldə edilib. Layihənin dəyəri 10 mln. ABŞ dollarıdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi