Qətər Azərbaycana polietilen tədarükünü bərpa edib

Sənaye
  • 20 aprel, 2022
  • 11:55
Qətər Azərbaycana polietilen tədarükünü bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricə 32,76 milyon ABŞ dolları dəyərində 23 min 636 ton polietilen (xüsusi kütləsi 0,94-dən az/0,94 və ya daha çox olan ilkin formalı) satıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 38,7 % artıb, kəmiyyət olaraq – 3,1 % azalıb.

Azərbaycandan Rusiyaya 12,25 milyon ABŞ dolları dəyərində 7 min 760 ton, Çinə 9,65 milyon ABŞ dolları dəyərində 7 min 740 ton, Türkiyəyə 7,21 milyon ABŞ dolları dəyərində 5 min 577 ton, Litvaya 1,41 milyon ABŞ dolları dəyərində 924 ton, Peruya 656,25 min ABŞ dolları dəyərində 495 ton məhsul göndərilib.

2021-ci ilin ilk iki ayının göstəriciləri ilə müqayisədə Rusiyaya tədarük müvafiq olaraq 3,8 dəfə və 2,1 dəfə artıb, Çinə - 84,9 % və 55,7 % artıb, Türkiyəyə - 6,7 % və 21,3 % azalıb, Litvaya – 72,6 % və 18,9 % artıb. Bir il əvvəl Peruya ixrac olmayıb.

Hesabat dövründə Azərbaycana 9,45 milyon ABŞ dolları dəyərində 6 min 670 ton polietilen (xüsusi kütləsi 0,94-dən az/0,94 və ya daha çox olan ilkin formalı) gətirilib ki, bu da ötən ilin ilk iki ayı ilə müqayisədə müvafiq olaraq 2 dəfə və 52,5 % çoxdur.

İrandan 7,13 milyon ABŞ dolları dəyərində 5 min 271 ton, Səudiyyə Ərəbistanından 927,07 min ABŞ dolları dəyərində 775 ton, Koreyadan 417,37 min ABŞ dolları dəyərində 146,98 ton, Amerika Birləşmiş Ştatlarından (ABŞ) 415,29 min ABŞ dolları dəyərində 196,82 ton, Qətərdən 166,56 min ABŞ dolları dəyərində 96 ton məhsul alınıb.

Bir il əvvəlki göstəricilərlə müqayisədə İrandan idxal müvafiq olaraq 2,2 dəfə və 58,7 % artıb, Səudiyyə Ərəbistanından – 35,7 % və 15 % artıb, Koreyadan – 2,1 dəfə və 44,1 % artıb. 2021-ci ilin ilk iki ayında ABŞ-dan polietilen alınmayıb. Bir il 1 aylıq fasilədən sonra Qətərdən tədarük bərpa edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti