​Qazaxıstan Azərbaycana transformator ixrac edəcək

​Qazaxıstan Azərbaycana transformator ixrac edəcək Zavod cari ilin yazından məhsul istehsalına başlayacaq
Sənaye
18 Yanvar , 2015 14:46
​Qazaxıstan Azərbaycana transformator ixrac edəcək

Bakı. 18 yanvar. REPORT.AZ/ Qazaxıstanın Ural transformator zavodu öz məhsullarını Azərbaycana ixrac etməyi planlaşdırır.

"Report" "BNews.kz" nəşrinə istinadən xəbər verir ki, bu barədə zavodun baş direktoru Serqazı Kuntuarov məlumat verib.

O bildirib ki, zavod bu ilin yaz aylarında silsilə məhsulların istehsalına başlayacaq və transformatorların 80%-ə qədəri ölkə xaricinə ixrac olunacaq.

"Transformatorları Ukrayna, Əfqanıstan, Türkmənistan, Qırğızıstan və Azərbaycana ixrac etməyi planlaşdırırıq", - deyə o bildirib.

Ural transformator zavodu 2014-cü ilin sonlarında istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi