Yuxarı
    Bağlamaq

    ​Qazaxıstan Azərbaycana taxıl satışı bazarında möhkəmlənmək niyyətindədir

    Ölkə hazırda Avropa istiqamətində taxıl terminalları tikməyi planlaşdırmır

    Bakı. 28 sentyabr. REPORT.AZ/ Qazaxıstan Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Əfqanıstan və İranda olan ənənəvi taxıl satışı bazarlarında mövqelərini möhkəmləndirməkdə maraqlıdır.

    "Report" Özbəkistanın "Vesti" portalına istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir.

    Məlumata görə, Qazaxıstan perspektivli Avropa və Türkiyə bazarlarına taxıl ixracını artırmaqda maraqlıdır. Eyni zamanda, ölkə hazırda Avropa istiqamətində taxıl terminalları inşa etməyi planlaşdırmır.

    Qazaxıstanda orta illik taxıl istehsalı son 10 ildə 17,4 milyon tona çatıb. Bu il 17,3 mln. ton taxıl əldə olunacağı proqnozlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi