PROMEXİCO-nun rəhbəri Azərbaycana gələcək

PROMEXİCO-nun rəhbəri Azərbaycana gələcək "İki ölkə arasında ticarət həcminin artırılması, iki ölkənin istehsal etdiyi malların hər iki ölkəyə ixrac imkanları müzakirə olunacaq"
Sənaye
31 Oktyabr , 2016 17:13
PROMEXİCO-nun rəhbəri Azərbaycana gələcək

Bakı. 31 oktyabr. REPORT.AZ/ Meksikada İxracın və İnvestisiyaların Təşviqi Fondunun (PROMEXİCO) rəhbəri Fransisko Qonzalezin Azərbaycana səfəri gözlənilir.

"Report"un məlumatına görə bunu jurnalistlərə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.

Onun sözlərinə görə, səfər gələn ilin mayında gerçəkləşə bilər və bu istiqamətdə hazırlıq işləri gedir.

Səfir deyib ki, F.Qonzalez Azərbaycanla yanaşı, Türkiyə və Qazaxıstana gedə bilər: "Səfər çərçivəsində iki ölkə arasında ticarət həcminin artırılması, iki ölkənin istehsal etdiyi malların hər iki ölkəyə ixrac imkanları müzakirə olunacaq".

Son xəbərlər

Orphus sistemi