“Prokon” şirkəti “SOCAR Polymer”in son məhsul anbarının tikintisini başa çatdırıb

“Prokon” şirkəti “SOCAR Polymer”in son məhsul anbarının tikintisini başa çatdırıb Bakı. 10 yanvar.REPORT.AZ/ “Prokon” şirkəti “SOCAR Polymer” üçün Polipropilen/Yüksək sıxlıqlı polietilen istehsalı layihəsi çərçivəsində son məhsul anbarının mühəndis-layihələndirmə, təchizat və tikinti işlərini başa çatdırıb.
Sənaye
10 Yanvar , 2018 11:54
“Prokon” şirkəti “SOCAR Polymer”in son məhsul anbarının tikintisini başa çatdırıb

Bakı. 10 yanvar.REPORT.AZ/ “Prokon” şirkəti “SOCAR Polymer” üçün Polipropilen/Yüksək sıxlıqlı polietilen istehsalı layihəsi çərçivəsində son məhsul anbarının mühəndis-layihələndirmə, təchizat və tikinti işlərini başa çatdırıb.

“Nobel Oil Services” şirkətindən “Report”a verilən məlumata görə, Sumqayıtda Polipropilen və Yüksək sıxlıqlı polietilen istehsalı Zavodunun şərq hissəsində yerləşən son məhsul anbarı ölçüsü 84x176 m və daxili minimum hündürlüyü 6 m olmaqla istehsal olunmuş hazır məhsulların saxlanılması üçün nəzərdə tutulub.

Bu layihəyə 2016-cı ilin avqust ayında başlanılıb və layihə mühəndis-layihələndirmə, təchizat, tikinti, metal konstruksiyaların hazırlanması və quraşdırılması, habelə yerli hakimiyyət orqanlarından müvafiq icazələrin alınmasını əhatə edib. Layihə üzrə aparılmış işlər çərçivəsində “Prokon” şirkəti mühəndislik, torpaq işləri, söküntü işləri, suyun kənarlaşdırılması və qoruyucu maneələrin quraşdırılması kimi işləri özündə ehtiva edən tikinti meydançasının hazırlanması, mülki-tikinti və torpaq işləri mərhələlərini bitirib.

Şirkət “SOCAR Polymer”in son məhsul anbarının tikintisi çərçivəsində zaman və əmək qabiliyyəti itkisi olmadan 350 mindən artıq işçi-saat sərf edib.

Qeyd edək ki, “Prokon” “Nobel Oil Services” şirkətinin tikinti və layihələrin idarə olunması üzrə törəmə müəssisəsi kimi 2012-ci ildə fəaliyyətə başlayıb. “Prokon”un ən son iştirak etdiyi layihələr sırasına SOCAR Karbamid Zavodunun tikintisi, rezervuarların quraşdırılması və s. işlər daxildir.

Son xəbərlər

Orphus sistemi