​Prezident: "Bu günə qədər idxal edilən məhsullar, artıq Azərbaycanda istehsal olunacaq"

​Prezident: "Bu günə qədər idxal edilən məhsullar, artıq Azərbaycanda istehsal olunacaq" "Bütün bu işləri görmək üçün çox böyük tədbirlər planı icra edilir"
Sənaye
25 Oktyabr , 2015 15:24
​Prezident: Bu günə qədər idxal edilən məhsullar, artıq Azərbaycanda istehsal olunacaq

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Bu gün Azərbaycanda yaradılan müasir müəssisələr ən yüksək standartlara cavab verir. Bizim siyasətimiz bundan ibarətdir".

"Report" xəbər verir ki, bu sözləri oktyabrın 25-də Sumqayıtda etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində iştirak edən prezidenti İlham Əliyev bildirib.

“Sənayeləşmə siyasətinin aparılması üçün bizdə güclü iradə var. Eyni zamanda, burada yaradılan və yaradılacaq şəraitdən özəl qurumlar da istifadə edəcək. Çünki biz artıq xammal yox, hazır məhsul ixrac edəcəyik”, - deyə o qeyd edib.

Prezident vurğulayıb ki, kiçik və orta sahibkarlar üçün də çox böyük imkanlar yaradılacaq:

"O məhsullar ki bu günə qədər idxal edilirdi, artıq Azərbaycanda istehsal olunacaq və bütün bu işləri görmək üçün çox böyük tədbirlər planı icra edilir. İlk növbədə, Azərbaycanda investisiya iqlimi müsbətdir, digər tərəfdən, dövlət vəsaiti qoyulur, özəl sektor da bu işlərdə fəal iştirak edir".

Son xəbərlər

Orphus sistemi