Pirallahı Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

Pirallahı Sənaye Parkında yeni rezident qeydiyyata alınıb “Supreme Pharmatech Manufacuring” MMC-yə Pirallahı Sənaye Parkının rezidentliyi statusu verilib.
Sənaye
6 Dekabr , 2023 15:34
Pirallahı Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

“Gen Pharma Caucasus Manufactoring Operations” MMC-yə Pirallahı Sənaye Parkında rezident statusu verilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bununla da Parkın rezidentlərinin sayı 6-ya çatıb.

Şirkət Parkın 7,8 hektar ərazisində 42 ad altında müxtəlif doza və qablaşdırma olmaqla ümumilikdə 7 növdə (tablet, kapsul, jelatin kapsul, toz suspenziya, sirop və s.) dərman məhsulun istehsalını həyata keçirəcək. İnvestisiya dəyəri 59,3 milyon manat olan müəssisədə 165 nəfər işlə təmin ediləcək. İllik istehsal gücü 50 milyon qutu istehsalı olan müəssisə nazirliyə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret Anonim Şirkəti” və “Sia Pharmaceuticals” MMC-nin üçtərəfli əməkdaşlığı çərçivəsində inşa ediləcək.

Son xəbərlər

Orphus sistemi