Yuxarı

“Petkim” nizamnamə kapitalının artırılması ilə bağlı Sərmayə Bazarı Qurumuna müraciət edib

​“Petkim” nizamnamə kapitalının artırılması ilə bağlı Sərmayə Bazarı Q

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” nizamnamə kapitalının 28% artırılması qərarı çərçivəsində Türkiyənin Sərmayə Bazarı Qurumuna müraciət edib.

“Report” xəbər verir ki, bu barədə şirkət Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu-KAP) məlumat yayıb.

Qeyd edək ki, aprelin 29-da şirkətin ümumi yığıncağında nizamnamə kapitalının 28% artırılaraq 1,650 mlrd. lirədən 2,112 mlrd. lirəyə çatdırılması qərara alınıb. Məlumata görə, 462 mln. lirə məbləğindəki artım əvvəlki illərin mənfəəti hesabına qarşılanacaq.

SOCAR 2008-ci ildə “Petkim”in 51%-lik səhm paketini 2,04 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir. "Petkim"in qalan səhmləri isə İstanbul Fond Birjasında ("Borsa İstanbul") dövriyyədədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi