​"Petkim"in xalis mənfəəti 14% artıb

​"Petkim"in xalis mənfəəti 14% artıb Holdinq istehsal həcmini potensialın 87%-nə çatdırıb
Sənaye
7 Mart , 2016 12:42
​Petkimin xalis mənfəəti 14% artıb

Bakı. 7 mart. REPORT.AZ/ Ötən il "Petkim PetroKimya Holding A.Ş." 639,2 mln. Türkiyə lirəsi (təqribən 220 mln. dollar) həcmində xalis mənfəət əldə edib. Bu barədə "Report"a şirkətdən bildirilib.

Məlumata görə, bu, əvvəlki ilə nisbətən 14% çoxdur. "Petkim" 2015-ci il ərzində ümumilikdə 4 532,6 mln. lirə (təqribən 1,6 mlrd. dollar) gəlir əldə edib ki, bu da onun aktivlərinin 5 460,7 mln. lirəyə (təqribən 1,9 mlrd. dollar) çatmasına şərait yaradıb.

Ötən il "Petkim"in faktiki istehsal həcmi onun istehsal potensialının 87%-nə çatıb. 

Son xəbərlər

Orphus sistemi