Yuxarı
    Bağlamaq

    “Petkim”də texniki xidmət işləri yekunlaşıb

    Bakı. 26 noyabr. REPORT.AZ/ Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyənin yeganə neft-kimya kompleksi “Petkim”də oktyabrın 1-dən həyata keçirilən planlaşdırılmış texniki xidmət işləri yekunlaşıb.

    “Report” xəbər verir ki, bu barədə “Petkim” Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) məlumat yayıb.

    “İstehsalat kompleksimizdə hər 4 ildən bir həyata keçirilən geniş texniki xidmət işləri tamamlanıb və bu işlər çərçivəsində istehsalatda dayandırmalar başa çatıb”,- məlumatda qeyd edilib.

    Qeyd edək ki, “Petkim” sentyabrın 20-də məlumat yaymışdı ki, oktyabrın 1-dən 63 günlük planlaşdırılmış texniki xidmət işləri başlayacaq.

    Xatırladaq ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi