Özəlləşmədən sonra “Petkim”ə 760 mln. dollar investisiya qoyulub

Özəlləşmədən sonra “Petkim”ə 760 mln. dollar investisiya qoyulub “Petkim”in məhsullarının 60%-i Türkiyə bazarında satılır
Sənaye
4 İyun , 2018 15:52
Özəlləşmədən sonra “Petkim”ə 760 mln. dollar investisiya qoyulub
0 : 00
0 : 00

Bakı. 4 iyun. REPORT.AZ/ Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyənin yeganə neft-kimya kompleksi – “Petkim”ə özəlləşmədən sonra 760 mln. dollar investisiya yatırılıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu “Petkim Petrokimya Holding A.Ş”ın baş direktoru Anar Məmmədov bildirib.

“Petkim” 2008-ci ildə özəlləşdirildikdən sonra kompleksə 760 mln. dollar məbləğində sərmayə qoyulub. “Petkim”də 2 500 nəfər çalışır. İldə 1-1,5 mlrd. dollarlıq məhsul satılır”, - deyə A.Məmmədov qeyd edib.

O bildirib ki, “Petkim”də illik 3,6 mln. ton neft-kimya məhsulları istehsal edilir və istehsal olunan məhsulların böyük hissəsi daxili bazarda satılır. Onun sözlərinə görə, “Petkim”in məhsullarının 60%-i Türkiyə bazarında satılır, 40%-i isə 50-dən çox ölkəyə ixrac olunur.

Qeyd edək ki, SOCAR 2008-ci ildə “Petkim”in 51%-lik səhm paketini 2,04 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. Şirkətin qalan səhmləri isə İstanbul Fond Birjasında ("Borsa İstanbul") dövriyyədədir.

Son xəbərlər

Orphus sistemi