Ötən ilin 11 ayında paytaxtda sənaye istehsalının həcmi açıqlanıb

Ötən ilin 11 ayında paytaxtda sənaye istehsalının həcmi açıqlanıb Sənaye müəssisələrinin anbarlarında dekabrın 1 vəziyyətinə 289 mln manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye
11 Yanvar , 2021 10:14
Ötən ilin 11 ayında paytaxtda sənaye istehsalının həcmi açıqlanıb

2020-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 27 mlrd manat təşkil edib.

Bu barədə “Report”a Bakı şəhər Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, sənaye məhsulunun 73,9 %-i mədənçıxarma, 23,2 %-i emal, 2,1 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 78,7 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,4 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14,6 % təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında dekabrın 1 vəziyyətinə 289 mln manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 86,5 mln manat məbləğində digər məhsullar da mövcud olub.

Son xəbərlər

Orphus sistemi