Ötən il Bakıda 42 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib

Ötən il Bakıda 42 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib Bakı. 14 fevral. REPORT.AZ/ Ötən ildə Bakıda sənaye sahəsində 41,6 mlrd. manat dəyərində məhsul və xidmət istehsal olunub ki, bu da illik müqayisədə 0,7% çoxdur.
Sənaye
14 Fevral , 2019 10:29
Ötən il Bakıda 42 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib
Report

Bakı. 14 fevral. REPORT.AZ/ Ötən ildə Bakıda sənaye sahəsində 41,6 mlrd. manat dəyərində məhsul və xidmət istehsal olunub ki, bu da illik müqayisədə 0,7% çoxdur. 

“Report” bu barədə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir. 

Məlumata görə, sənaye məhsulunun 82,5%-i mədənçıxarma, 15,6%-i emal, 1,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 84,5% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,1%, göstərilmiş sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,9% təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin yanvarın 1-nə 255,2 mln. manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 28,9 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

Son xəbərlər

Orphus sistemi