Ötən il “Azəripək” ixrac gəlirlərini 3,6 dəfə artırıb

Sənaye
  • 31 yanvar, 2022
  • 10:26
Ötən il “Azəripək” ixrac gəlirlərini 3,6 dəfə artırıb

2021-ci ildə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azəripək” MMC 4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.

Məlumata görə, bu, 2020-ci illə müqayisədə 2,9 milyon və ya 3,6 dəfə çoxdur.

Xatırladaq ki, “Azəripək” 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir. Qeyri-istehsal sahələri isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələrindən ibarətdir.

Pambıqəyirmə istehsalatının 3 növbəli iş rejimində illik istehsal gücü 3 min ton olan mahlıc emalı, baramadan xam ipək açan istehsalat 1 növbəli iş rejimində illik istehsal gücü 350 ton yaş barama, toxucu istehsalatı 1 növbəli iş rejimində illik istehsal gücü 450 min p/m ipək, 400 min p/m pambıq parça,boyaq-bəzək istehsalatı 1 növbəli iş rejimində illik istehsal gücü 24 min ədəd kəlağayı, 4 min ədəd şərf və 8 min ədəd çitmə təşkil edir.

Müəssisənin istehsal etdiyi məhsullar əsasən Rusiya, Türkiyə və İrana ixrac olunur.